Parlament Jurnalistləri Birliyi açıqladı: Tahir Mirkişili qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat seçildi

704

Parlament Jurnalistləri Birliyi (PJB) altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2021-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər.

Onun sözlərinə görə, bu, PJB-nin sayca 15-ci sorğusudur:

Tahir Mirkişili “Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibi olub.

“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2021-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər