Parlamentin komitə sədri elektrik enerji doldurucularının satışının da ƏDV-dən azad olunmasını təklif edib

774

“Elektrik mühərrikli avtomobillərin istehsalı və yayılmasını təşviq ediriksə, eyni zamanda elektrik enerjisinin doldurulması məntəqələrinin tikilməsini də təşviq etməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, bunsuz elektrik mühərrikli avtomobillərlə bağlı atılan adımın heç bir effekti yoxdur: “Xəritəyə baxsaq, regionda elektrik enerji doldurma məntəqələrinin ən az yayıldığı ölkələrdən biriyik. Digər tərəfdən, elektrik enerji doldurucularının idxalını ƏDV-dən azad edilməsini müsbət qarşılayırıq, lakin onların satışı nə üçün ƏDV-dən azad edilmir? İdxaldan azad edib, satışdan azad etməmək o deməkdir ki, biz ikinci əl bazarının yaranmasına imkan veririk”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər