Parlamentin komitə sədri neftin daha da ucuzlaşması ssenarisindən danışdı

185

“Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatını bu günə və daha çətin günlərə hazırlamağa hesablanıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur: “Son zamanlar neftin qiymətində baş verən dəyişikliklər və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatlar qısa zamanda nəticə verir, bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır. Hesab edirəm ki, bundan sonra da baş verən hadisələrdə neft qiymətinin indikindən də aşağı düşməsi ssenarisində Azərbaycan iqtisadiyyatını bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını qorumaq və əhalini digər hadisələrdən qorumaq üçün kifayət qədər imkanlar mövcuddur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər