Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm

1293

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Kalavan kəndinin sakinini özünün müşaviri təyin edib.

Axar.az xəbər verir ki, bu məlumatı Paşinyan Feysbuk səhifəsində paylaşıb. Paşinyan təyin etdiyi şəxsin adının Robert Qukasyan olduğunu bildirib.

Qeyd edək ki, hazırda Kalavan adlanan kəndin adı əvvəllər Əmirxeyir olub. Azərbaycanlıların yaşadığı bu kənddə Ermənistandan deportasiya olan zamana qədər 700 nəfər yaşayıb. Deportasiya başladıqdan sonra isə azərbaycanlılar bu kənddəki evləri Azərbaycandan ayrılan ermənilərlə mübadilə ediblər. Nəticədə kənddə Şəmkir, Gəncə və Sumqayıtdan olan ermənilər məskunlaşıblar.

Hazırda kənddə 26 ailə və ümumilikdə 113 nəfər yaşayır. Bu ailələrdən 8-i sonradan Kalavan kəndinə köçüblər.

Robert Qukasyana gəlincə isə o, Dağlıq Qarabağda anadan olsa da uşaqlığının əsas hissəsi Sumqayıtda keçib. 1988-ci ildə Sumqayıt hadisələrindən sonra Qukasyanın ailəsi Sumqayıtdakı evlərini Kalavan kəndinin sakinlərindən birinin evi ilə əvəz edərək, Ermənistana köçüb. Qukasyan sonradan verdiyi açıqlamalarında azərbaycanlılara nifrət etmədiyini, onu və ailəsini Sumqayıt hadisələri zamanı məhz azərbaycanlıların xilas etdiyini, başqa bir şəraitdə azərbaycanlılarla çox yaxşı qonşu ola biləcəklərini etiraf edib.

Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu kənd məhz Qukasyanın sayəsində Ermənistanda inkişaf etməyə başlayan turizm mərkəzlərindən birinə çevrilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər