Paşinyanı ilk Putin təbrik etdi

1174

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyana təbrik teleqramı göndərib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən informasiya yayılıb.

“Ümid edirəm ki, sizin hökumət rəhbərliyindəki fəaliyyətiniz ölkələrimiz arasındakı dostluq, müttəfiqlik əlaqələrin daha da möhkəmləndirilməsinə, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək”, – təbrik mətnində yazılıb.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə seçib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər