“Pfizer”in rəhbəri: “Xərçəngin müalicəsində hədəfə yaxınıq”

684
Amerikanın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla dünyada xərçəngin müalicəsində əhəmiyyətli irəliləyiş gözləyir.
sumqayitxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Albert Bourla Yunanıstan “ERT3” telekanalına açıqlamasında deyib.

“Xərçəng sahəsində elm yüksək inkişaf edib və biz yaxın illərdə mövcud müalicə protokollarında əhəmiyyətli irəliləyişlərin şahidi olacağıq. Digər xəstəliklərə qarşı optimist deyiləm, amma xərçəng üçün hədəfə yaxınıq”-deyə, o bildirib.

Şirkət rəhbəri koronavirus pandemiyası məsələsini də toxunub: “Biz dincəlməməliyik və sakitləşməməliyik, amma hazırda mən narahat deyiləm, çünki arsenalımızda kifayət qədər silahımız var və mən təkcə bir peyvənddən deyil, həm də düzgün istifadə etdiyimiz müalicələrdən danışıram. Ölən insanlar olmamalıdır, bütün ölümlərin qarşısını ala bilərik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər