Prezident Administrasiyasının yeni strukturu təsdiq olundu – YENİLƏNİB

1194

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etməli;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

17:07

Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub.

Prezident Administrasiyasından APA -ya bildirilib ki, Azərbaycan Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Prezidentinin yeni köməkçiləri və Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri təyin olunub.

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Prezident Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.

Azərbaycan Prezident Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az ) yerləşdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər