Prezident İlham Əliyev: “Sumqayıtın havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır”

1932

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt şəhərinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib. 

Ölkə rəhbəri qeyd edib ki, ilin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil: “Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb. İkinci səfərim isə Sumqayıtadır. Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur.

Prezident İlham Əliyev bildirib ki, bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər