Prezident İsmət Qayıbovun oğlunu təltif edib

1992

Prezident İlham Əliyev iki gün öncə – sentyabrın 28-də Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Prokurorluğun bir sıra əməkdaşlarını təltif edib.

Modern.az-a məlum olub ki, müxtəlif orden və medallarla təltif edilənlər arasında Azərbaycanın sabiq Baş prokuroru İsmət Qayıbovun oğlu da var.

Belə ki, hazırda prokurorluq sistemində işləyən İsmayıl İsmət oğlu Qayıbov“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, mərhum Baş prokuror İsmət Qayıbov 1991-ci il noyabrın 20-də Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri zamanı həlak olub. Həmin vaxt Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuş Azərbaycanın bir çox tanınmış dövlət xadimləri arasında Baş prokuror İsmət Qayıbov da var idi.
Qeyd edək ki, İsmət Qayıbov 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilir.[1] 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub.[1] 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.[1] 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər