Prezident Kürdəmirə getdi – Fotolar

400

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Azərbaycan Prezidenti Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

***

Ölkə başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışına qatılıb.

***

Prezident səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

***

Dövlət başçısı Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatında iştirak edib.

 






www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər