Prezident son müşavirədə Sumqayıtdan nə danışdı?

3658

Xəbər verildiyi kimi Prezident İlham Əliyevin yanında  pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib. Prezident çıxışında son illərdə Sumqayıt şəhərində istifadəyə verilmiş sənaye müəssisələrinin əhəmiyyətinə diqqət çəkib. 

Ölkə rəhbəri çıxışında qeyd edib ki, Azərbaycanda pestisid zavodu yaradılıb, bu da çox önəmli məsələdir: “Mənim təşəbbüsümlə gübrə və polimer zavodları da fəaliyyət göstərir. Yəni, biz indi polimerdən hazır məhsul istehsal edə bilərik. Gübrələri xaricdən yox, daxili istehsalçılardan ala bilərik. Yəni, bütün bu addımlar bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, sürətlə inkişaf etsin və vətəndaşlar işlə təmin olunsunlar”. 

Prezidenti İlham Əliyev  Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışının əhəmiyyətini vurğulayaraq bildirib ki, biz siqareti ixracyönümlü məhsul kimi görürük: “Bu il Sumqayıtda yeni siqaret fabriki açıldı. Biz həm idxaldan asılılığı azaldırıq, həm də böyük ixrac imkanı yaradırıq. Yəni, bütün bu sahələr bizim üçün ənənəvi sahələrdir”. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər