Prezident Sumqayıta 6,4 milyon manat ayırıb

1391

Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Mətləb
    Yanvar 28, 2020 - 17:49

    Saray qəsəbəsinin yollarını təmiri üçün də pul ayrılıb, ancaq yollar bərdab gündədir. Nə vaxt düzələcək?!

  • Xanəli Məmmədov
    Yanvar 30, 2020 - 07:14

    Novxanı bağ massivinin yolları, Gəmi istirahət mərkəzi istiqamətindən işəri, əgər yük maşını keçsə bu puldan onapay düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər