Prezident sumqayıtlı məktəb direktorunu və müəllimləri təltif etdi – ADLAR (FOTO)

1158

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  bir qrup təhsil işçisinə Azərbaycan Respublikasının fəxri adları verilib.
Təltif olunanlar arasında Sumqayıt məktəblərində faəliyyət göstərən pedaqoqlar da var.

Belə ki, Sərəncama əsasən, Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Xanım Xanbaba qızı Əhmədova, “Təfəkkür” liseyinin müəllimi Sima Xanlar qızı Şahmalıyeva, “Əməkdar müəllim” fəxri adı ilə, İnternat tipli gimnaziyanın direktor müavini Əsgərova Yeganə Məhəmməd qızı və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müəllimi Orxan Məhəbbət oğlu Qurbanov isə “Tərəqqi” medalı ilə  təltif olunublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər