Prezident yeni icra başçısı təyin etdi - Əziz Əzizov KİMDİR?

2306

Prezident İlham Əliyev Yasamala yeni icra başçısı təyin edib.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda qeyd olunur:

“Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilsin”.

Ölkə başçısının digər sərəncamı ilə Əziz Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

****

Xəbər verdiyimiz kimi, prezidentin sərəncamı ilə Əziz Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Yasamala icra başçısı təyin edilib. “Qafqazinfo” yeddi aydır ki boş qalan Yasamalın icra hakimi postunun yeni sahibinin bioqrafiyasını təqdim edir:

“Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub.

Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var”.

Yasamalın yeni icra başçısı kimdir?

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər