Prezident Yeni ili harda keçirəcək?

1103

Mixail Saakaşvili Yeni ili Əfqanıstanda gürcü hərbçilərlə birlikdə qarşılayacaq.

Gürcüstan Prezidenti Mixail Saakaşvili Yeni ili Əfqanıstanda gürcü hərbçilərlə birlikdə qarşılayacaq.

Gürcüstan Prezidenti Administrasiyasından çərşənbə axşamı verilən məlumata görə, Saakaşvili Helmənd əyalətindəki gürcü hərbi qulluqçuların “Şukvani” mövqeyində olacaq.

Qeyd edək ki, bu gün Əfqanıstanda Gürcüstandan 1 700 hərbi qulluqçu xidmət edir. NATO əməliyyatlarının keçirildiyi dövrdə Gürcüstan 20 hərbçisini itirib.

Hazırda Əfqanıstanda dekabrın 19-da itkin düşmüş gürcü hərbçinin axtarışı davam edir. Bu məqsədlə Gürcüstan SQ Birləşmiş Qərargahının rəis müavini Vaxtanq Kapanadzenin rəhbərlik etdiyi xüsusi qrup oradadır.

trend

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər