Prezidentin icra başçısı təyin etdiyi gənc sumqayıtlıdır – TANITIM

4915
Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
sumqayitxeber.com xəbər verir ki, Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə Sumqayıt Dövlət Universitetinin energetika fakültəsində alıb.
Təhsilini başa vurduqdan sonra bir müddət “Azərişıq” ASC-nin Sumqayıt şöbəsində çalışıb. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-də əmək fəaliyyətinə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xanım Əhmədova
    May 13, 2020 - 16:06

    Sumqayıtımızın daha bir yetirməsinə yüksək vəzifə verildi. Bu böyük etimadı doğrultmaq arzusu ilə Azər bəyi ürəkdən təbrik edirik.

    • Rufo
      May 16, 2020 - 12:07

      31 sayli mektebin 2004 yetirmelerinin bir coxu muxtelif peweler uzre ozlerini dogruldublar..ister tibb, ister DIN ,ister maliyye ,isterse de biznes saheleri uzre.. ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər