Prezidentin işdən çıxardığı 12 ilin icra başçısı kimdir? – DOSYE

1075

Prezident İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

Dövlət başçısı bu gün bununla bağlı sərəncam imzalayıb.

R.Məmmədov 12 ildən artıq idi ki, Xətai rayonuna başçılıq edirdi.

Belə ki, Razim İsa oğlu Məmmədov 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Prezident İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı var. Publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər