Prezidentin mükafatlandırdığı sumqayıtlı gənc kimdir? - FOTO

5102

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

10 nəfər Prezident mükafatına layiq görülüb. “sumqayitxeber.com”un məlumatına görə onlardan biri – Zəhra İsa qızı Qasımzadə 22 dekabr 2002-ci ildə Sumqayıt şəhərində anadan olub.
2009-2016-cı illərdə Sumqayıt şəhəri Nizami Gəncəvi adına Təbiət və Texniki Elmlər Liseyində (I-VII siniflər), 2016-2020-ci illərdə isə akademik Zərifə Əliyeva adına Liseydə (VIII-XI siniflər) təhsil alıb.
2020-ci ildə Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına (ingilis dili bölməsində, 85% təqaüdlə) qəbul olunub. Hazırda həmin universitetin I kursunda ali təhsil alır.


2018-ci ildən etibarən üzərində işlədiyimiz “Click Energy” layihəsi haqqında aşağıda bəzi məqamlar qeyd olunur.
Əsas məqsədi simsiz texnologiya üzərində qurulmuş və özü-özünü enerji ilə təmin edə bilən məhsul təklif edən “Click Energy” layihəsində irəli sürülür ki, insanlar kompüterdən istifadə edərkən klavişlərə basmaqla eyni zamanda enerjinin alınmasına da səbəb olurlar. Bu zaman formalaşan enerjini batareyaya yığılmasını təmin etməklə cihazın növbəti zamanlarda enerji ilə təmin edilməsi təklif edilir.
Dünya əhalisinın sayı və onun ehtiyacları artıqca davamlı enerji mənbələrinə olan təlabat da çoxalır. Bu tələbin böyük bir hissəsi ənənavi enerji ehtiyatları ilə (neft, təbii qaz, kömür) ödənilsə də alternativ enerji mənbələrinin tapılması problemi getdikcə daha da aktuallaşır. Bununla belə, enerjiyə olan tələbatın ödənilməsi prosesində ətraf mühitin çirklənməsi amilləri, eləcə də bu kimi zərərlərin minimuma endirilmsi də daha çox tədqiq edilən sahələr kimi qarşıya çıxır. İstər alternativ enerji mənbəyi kimi, istərsə də enerjinin əldə edilməsi zamanı təbii mühitə zərərlərin vurulmaması baxımından “Click Energy” layihəsinin irəli sürdüyü təklifləri kifayət qədər aktual və səmərəli hesab etmək olar. Nəzərə alsaq ki, dünya əhalisi arasında kompüter istifadəçilərinin sayı hər keçən gün artır, onda qeyd edə bilərik ki, bu cihazıalrın istifadəsi zamanı lazım olan enerjinin təmin olunması yolları da tədqiq olunmalı sahələr kimi ön plana çıxır. “Click Energy” layihəsi klaviatura düymələrinə toxunmalar zamanı ortaya çıxan enerjinin elektik enerjisinə çevrilməsini təmin etməklə, xüsusi batereya sistemində yığılmsının təmin edilməsi yaxın gələcək üçün böyük aktuallıq daşıya bilər.
Qeyd olunalrla yanaşı, “Click Energy” layihəsində irəli sürülən yanaşmanı tamamilə zərərsiz və enerji mənbəyi hesab olunan əlavə resurs tələb etmədiyi üçün tamamilə ekoloji təmiz enerji mənbəyi kimi də qiymətləndirmək olar.
Zəhra Qasımzadə və onun komandası “Click Energy” layihəsini irəli sürərkən hələ məktəbli yaşlarında olsalar da, əzmkarlıq nümayiş etdirərək xeyli uğurlara imza atıblar.
Layihə əsasında prototip hazırlanmış və müxtəlif müsabiqə və ya proqramlarda uğurla təqdim edilmişdir. Beynəlxalq və yerli tədbirlərdə iştirak edərək layihəni inkişaf etdirən Zəhra Qasımzadə və onun rəhbərlik etdiyi komandası 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda fəaliyyət göstərən Biznes İnkubasiya Mərkəzindən də dəstək almağa nail olmuşlar.
“Click Energy” layihəsi hazırda Türkiyə Cümhuriyyəti “Orta Döğu Texnik Universiteti” və Özyeğin Universitetlərinin inkubasiya mərkəzlərində inkişaf etdirilir.
“Click Energy” layihəsi qısa müddət ərzində bir sıra yerli və beynəlxalq səviyyədə nailiyyətlər əldə etmişdir. Bununla əlaqədar, bu sahədə qazanılmış əsas məqamlar kimi aşağıdakıları qeyd etmək mümkündür:
• Dünyanın ən böyük təmiz texnologiya startap akselerasiya proqramı olan
“ClimateLaunchPad”ın region üzrə 2020-ci ildə 1-ci yerin qalibi və Niderlandın Amsterdam şəhərində keçirilmiş “ClimateLaunchPad”ın dünya finalçısı olmuşdur. (2020)
• Dünyanın ən böyük olimpiadalarından olan beynəlxlaq “GENIUS” Olimpiadasında biznes kateqoriyası üzrə finala vəsiqə qazanmış və 20000 ABŞ dollar dəyərində mükafata (universitetdə təhsil təqaüdünə) layiq görülmüşdür. (2020)
• “Elevate the Future Cloud9” adlı beynəlxalq sahibkarlıq yarışmasının finalçısı olmuşdur. (2020)
• “Blue Ocean Competition” məktəbli təşəbbüskarların biznes yarışmasında 600 layihə arasından seçilmiş ən yaxşı 10 layihədən biri olmuşdur. (2020)
• “Diamond Challenge” beynəlxalq sammitində 10000 iştirakçı arasında ən yaxşı 20 iştirakçıdan biri seçilmişdir. (2020)
• “upNEXT Startup Competition” adlı beynəlxalq yarışmasında 3000 ABŞ dolları mükafat qazanmışdır. (2019)
• “The Create the Future Design Contest” proqramında dünya üzrə ən yaxşı 100 layihəsindən biri seçilmişdir. (2019)
• Asiyanın ən böyük elm və texnologiya festivalı olan “TECHFEST, IIT BOMBAY ASIA” proqramında 3-cü yerə layiq görülmüşdür. (2019)
• Dünyanın ən yaxşı Universitetlərindən biri olan “Yale” Universitetində (ABŞ) təşkil olunan Elm və Mühəndislik sərgisində (“The Yale Science and Engineering Association”) ən çox fərqlənən layihələrdən olmuşdur. (2019)
• Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, eləcə də təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və “Azercell” şirkəti ilə birgə keçirilən “İnnovasiya Festivalı”nın (“İnnoFest”) qaliblərindən biri (3-cü yer) olmuşur. (2019)
• Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın Alimləri” VIII Respublika Müsabiqəsində finala vəsiqə qazanmışdır. (2018-2019)
• Bakı Mühəndislik Universitetində keçirilən Qış Elm Festivalında Mühəndislik nominasiyası üzrə 2-ci yerə layiq görülmüşür. (2018)

Qeyd edək ki, Qasımzadə Zəhraya sahibkarlıq sahələrində xüsusi fərqlənməyə görə mükafat verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər