Prezidentlə görüşdə ev problemi qaldırılan 86 yaşlı bəstəkara mənzil verildi

143
Xalq artisti, bəstəkar Yaşar İmanov evlə təmin olunub.
Bu barədə ONA-ya bəstəkarın özü məlumat verib.
O bildirib ki, mənzil Yeni Yasamalda yerləşir: “Bu gün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sənədləşdirmə işləri aparılmayıb. Əsas odur ki, mənzili bəyəndim. Bundan əvvəl Qaradağ rayonunda mənzil təklif edilsə də, qəbul etməmişdim”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 86 yaşlı bəstəkar Yaşar İmanova evsiz olduğunu bildirmiş, ona mənzil verilməsini xahiş etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər