Prezidentliyə namizəddən Sumqayıt etirafları

1068

Ermənistan prezidentliyinə namizəd  Sumqayıt hadisələrinin təşəbbüskarlarının azərbaycanlılar olmadığını etiraf edib.

“Məruz qaldığım terror aktı məni milli özünüdərk  yolundan çəkindirmək məqsədi güdürdü…”-Ermənistanda prezident seçkilərinə namizəd, Milli Özünüdərk Birliyinin lideri Paruyr Ayrikyan Yerevanda keçirdiyi mətbuat konfransında belə deyib.  Ona qarşı sui-qəsdin “ keçmiş KQB, hazırki Rusiya Xüsusi Xidmət Orqanı tərəfindən təşkil edildiyini” deyən Ayrikyan, Sumqayıt hadisələrinin günahkarlarının azərbaycanlılar olmadığını təsdiq edib.

“Mənə qarşı terror aktını hazırlayanlar İran-Ermənistan qaz kəmərinin tamamlanmasına mane olmaq üçün əlindən gələni edən qüvvələrdir. Həmin o qüvvələr ki, Sumqayıt hadisələrini təşkil etmişdilər… Bu hadisələrin kökündə dayanan heç də azərbaycanlıların ermənilərə qarşı etnik nifrəti deyil!”

azvision.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər