Professor: “COVID-19-un dəqiq diaqnostikası üçün 3 növ analiz vermək daha yaxşıdır” – MÜSAHİBƏ

631

“Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində tibb elmləri doktoru, professor, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, Moskva Dövlət Qida Məhsulları İstehsalı Universiteti yanında Davamlı Təhsil Tibb İnstitutunun direktorunun birinci müavini Qriqori Flaks koronavirusun simptomlarından, COVID-19 aşkarlanması üçün edilən testlərin etibarlılığından danışıb.

– Hazırda əhali kütləvi şəkildə koronavirus testindən keçirilir. Faiz etibarilə daha dəqiq test üsulları hansılardır? Koronavirus ilə bağlı qan testinin nəticəsi PZR diaqnostikasından nə ilə fərqlənir?

– ÜST-nin göstərişlərinə əsasən, SARS-CoV-2 virusu ilə bağlı testləri belə keçirilməlidir: Əks transkripsiyalı polimeraz zəncir reaksiyası (PZR) metodu ilə. Bu, virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur və insanda virusun çox az miqdarda olan genetik materialını (RNT) belə aşkar etməyə imkan verir.

Qanda viruslar az olduğundan ağız boşluğundan (orofarenks) və ya burun boşluğundan (nazofarenks) yaxma götürmək daha yaxşı olardı, – bioloji təhlükəsizlik səviyyəsi 2 (BSL-2) olan laboratoriyada. Ümumilikdə, dörd təhlükəsizlik səviyyəsi var. Birinci səviyyədə tələblər minimaldır, dördüncüsündə isə ən sərtdir.

Lakin son zamanlarda PZR metodunu ahəngdar şəkildə tamamlayan İFA (immunoferment analiz – red.) testləri ortaya çıxıb. IgM antikorları – orqanizmin virusun girişinə ilk immun reaksiyası zamanı ortaya çıxan və xəstəliyin davam etdiyini göstərən ən erkən antikorlardır. IgG antikorları isə daha sonra yaranır və uzun müddət qalır. Bu, formalaşmış immuniteti və pasiyentin xəstələnib sağalmasını göstərir. Bu üsul da 100 faizlik nəticə deyil.

Buna görə də COVID-19-un düzgün və superetibarlı diaqnostikası üçün üç növ laboratoriya analizi – PZR, IgM və IgG aparılmalıdır. Bu tədqiqatların şərhi həkim tərəfindən digər diaqnostik metodlarla kompleks tətbiqdə aparılır. Onu da vurğulamaq istəyirəm ki, bu üç laboratoriya diaqnostikasının kombinasiyası demək olar 100% hallarda diaqnoz qoymağa imkan verir.

– Xəstəliyin hansı mərhələsində test xəstəliyin olduğunu göstərir? PZR-in cavabı mənfi çıxdıqdan sonra digər simptomlara, o cümlədən kompüter tomoqrafiyasına (KT) əsasən koronavirus diaqnozu qoyulduğu hallar da var.

– İmmunoqlobulin M (IgM) olması xəstənin koronavirus infeksiyasına yoluxduğunu göstərir. Bundan əlavə, PZR diaqnostikasını da aparırıqsa və nəticə müsbət çıxırsa, deməli, bu pasiyentin COVID-19 xəstəsi olduğuna 100% əmin oluruq.

Qriqori Flaks

Qriqori Flaks

PZR diaqnostikasının etibarlılığı 70% olduğundan “yalançı” mənfi cavab da mümkündür. Burada klinik müayinələrin məlumatları həkimin köməyinə gəlir, yəni temperaturun, oynaq ağrısının, intoksikasiya təzahürlərinin olması, zəiflik, apatiya, dad hisslərinin itirilməsi və COVID-19-un klinik təzahürləri ilə əlaqəli bir çox məlumatlar yardımçı olur. Koronavirus həmçinin herpes, vaskulit və digər dəri patologiyalarının yaranması ilə başlaya bilər, buna görə diaqnoz qoyularkən xəstənin klinik vəziyyətini izləmək və ağciyərlərin kompüter tomoqrafiyasını aparmağın çox vacib olduğunu başa düşməliyik, çünki bu xəstəlik ilk növbədə ağciyərlərə təsir göstərir.

– Bəs hansı simptomlar olduqda koronavirus testindən keçməli və ya KT müayinəsindən keçməliyik? Sadə nasazlıq və temperaturla, məsələn, 37,5 dərəcə ilə bunu etməyə dəyərmi? Anı necə qaçırmamaq olar?

– Azacıq qızdırma, öskürək, burun axması, boğaz ağrısı – bunların hamısı xəstədə koronavirusun olmaq ehtimalını göstərir. Bu gün bilirik ki, koronavirus pnevmoniyasının özülündə yalnız iltihab yox, həm də yayılmış damardaxili laxtalanma sindromu (DIC) dayanır. Yəni laxtalanma məsələsi vacibdir. Həmçinin COVID-19 xəstəsi antikoaqulyantlardan – qanın laxtalanmasının qarşısını alan preparatlar qəbul etməlidir. Çünki virusun fəsadlardan biri də trombozun yaranması və hər cür damar zədələnməsi ilə əlaqədardır. Bütün xəstələr PCR, koaquloqram testindən və KT müayinəsindən keçməlidir.

Lazımi anı qaçırmamaq üçün tam müayinədən keçmək və ən yüngül simptomlar halında belə həkimə müraciət etmək lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər