Prokuror Sumqayıtda arvadını balta ilə öldürən şəxsə cəza istəyib

1114

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi Sumqayıt şəhəri, Tağıyev qəsəbəsinində baş verib. Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı qətlə yetirib.

F.Abduləzimov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

F.Abduləzimov arvadını öldürdükdən sonra intihara cəhd edib, bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib. Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından həyatını xilas etmək mümkün olub.

F.Abduləzimovun ilk evliliyi 2009-cu ildə olub və 2012-ci ildə boşanıb. O, boşanandan sonra aliment ödəməkdən boyun qaçırıb və buna görə həbs edilib.

Məhkəmərə elan olunmuş ittiham üzrə F.Abduləzimov özünü təqsirli bilmədiyini deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər