Kənan Aslanlı: "Proqnozlar neft qiymətlərinin ilin ikinci yarısında bir barrel üçün 150-185 dollar arasında dəyişə biləcəyini göstərir"

643
“Hazırda ABŞ və Avropa Birliyi ölkələrinin Rusiyadan neft idxalına qadağa qoyulması müzakirə olunur. Amma proqnozlar bunun tətbiq ediləcəyi təqdirdə neft qiymətlərinin ilin ikinci yarısında bir barrel üçün 150-185 dollar arasında dəyişə biləcəyini göstərir”.
Bunu sumqayitxeber.com-a açıqlamasında iqtisadçıekspert Kənan Aslanlı deyib.
Ekspert bildirib ki, yüksək neft qiymətləri isə ABŞ və AB iqtisadiyyatları üçün əlavə inflyasiya yükü deməkdir: “ABŞ-ın Rusiyadan xam neft və neft məhsulları idxalı 2021-ci ildə ortalama olaraq aylıq 20 milyon barrel ətrafında dəyişib. Bazarda dünyanın üçüncü ən böyük neft istehsalçısı olan Rusiyanın təqribən 5 milyon barrel/gün neftinin təqribən üçdə birini kompensasiya etmək üçün İran amili gündəmə gəlir. İran ilə nüvə sazişi danışıqlarında isə yenə Rusiyanın əlavə tələbləri nəticəsində son günlər qeyri-müəyyənlik yaranıb”.
Kənan Aslanlı əlavə edib ki, “OPEC+” formatında neft hasilatı kvotasında dəyişiklik edilmək istənsə yenə qarşıya Rusiya faktoru çıxacaq: “OPEC-in Liviya kimi bir sıra hasilatçı ölkələrində isə neft istehsalında azalma yaşanır. Yəqinki Rusiya Ukraynaya hərbi müdaxilənin zamanlamasını planlaşdıranda qlobal enerji bazarındakı cari vəziyyəti də faktorlardan biri kimi nəzərə alıb. Eyni zamanda, Rusiya sadəcə bir enerji istehsalçısı deyil, həm də fərqli beynəlxalq, regional və tematik platformaların hələlik aktiv iştirakçısıdır ki, bu da ona əlavə manevr imkanları verir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər