Qadın fəallığı parlament seçkilərində də özünü göstərəcək – Sevinc Orucova

1417

Axır ki, cəmiyyətimizdə qadınların geniş şəkildə, geniş formatda söz haqqı tanındı. Düşünürəm ki, qadınlarımıza parlament seçkilərində də yer veriləcək.

Bu fikirləri Publika.az-a qadınların bələdiyyə seçkilərindəki fəallığına münasibət bildirərkən “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova səsləndirib.

Bələdiyyə seçkilərində qalib gələn şəxslərin 38.8 faizinin qadınlar olması sevindirici haldır: “Qadınların bələdiyyə seçkilərindəki fəallığını çox yüksək qiymətləndirirəm. Xatırlasaq ki, qadınlara Şərq tarixində ilk dəfə səsvermə hüququnu Azərbaycan verib, onda bu, hələ də ölkəmizdə aşağı göstəricidir. Eyni zamanda bu hadisə cəmiyyətdə gender bərabərliyinə və qadın əməyinə dəyərin artmasına səbəb olacaq”.

Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlarının izi ilə getmək istəyən çoxlu qadın olacaq: “Bütün bunları Birinci vitse-prezidentin dövlətimiz, xalqımız üçün gördüyü işlərə nəzər salsaq, görərik”.

Bələdiyyə seçkilərindəki qadın fəallığının parlament seçkilərində də özünü göstərəcəyindən danışan Sevinc Orucova sözlərinə belə davam edib: “Güman edirəm ki, biz bunu parlament seçkilərində də görəcəyik. Gələcək seçkidə cəmiyyətimizin öndə gedən xanımlarına da yer veriləcək. Bələdiyyə üzvü olan hər bir qadını təbrik edir, Parlament seçkilərinə namizədliyini verənlərə yalnız qələbə arzu edirəm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər