Qadın şahmatçılarımız Ermənistan yığması ilə qarşılaşacaq

229

Gürcüstanda keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası sona çatmaq üzrədir.

Oxu.Az xəbər verir ki, bu gün X tur keçiriləcək.

Ardıcıl üç görüşdə qələbə qazana bilməyən, son iki qarşılaşmada məğlub olan kişi millimiz bu gün dünya reytinqində VI sırada olan Ukrayna ilə qarşılaşacaq. Hər iki komandanın 13 xalı var. Sadəcə olaraq, Azərbaycan turnir cədvəlində əlavə göstəricilərə görə X, Ukrayna isə XVI pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarov (ağ) – Vasili İvançuk

Teymur Rəcəbov (qara) – Pavel Elyanov

Arkadi Naydiç (ağ) – Yuri Krivoruçko

Rauf Məmmədov (qara) – Ruslan Ponomaryov

Maraq üçün bildirək ki, ilk sırada hələ də məğlubiyyət acısı dadmayan Polşa millisi qərarlaşıb. Polyakların 16 xalı var. Dünya reytinqinin lideri ABŞ və Çin isə 15 xalla müvafiq olaraq II və III sıradadır.

Qadın millimiz isə bu gün prinsipial rəqibimiz olan Ermənistan yığması ilə qarşılaşacaq. Millimiz 14 xalla VI pillədə qərarlaşıb. Ermənilər isə 15 xalla III sıradadır. İlk sırada 16 xalla Çin, II pillədə 15 xalla Ukraynadır.

Günay Məmmədzadə (ağ) – Elina Danielyan

Zeynəb Məmmədyarova (qara) – Lilit Mkrtçyan

Xanım Balacayeva (ağ) – Anna Sarqsyan

Gülnar Məmmədova (qara) – Mariya Kursov

Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər