Qadını və azyaşlını xilas edən YPX əməkdaşı danışdı: “Uniformanı çıxarıb suya girdik”

2270
Son günlər sosial şəbəkələrdə, mətbuatda Ağdaşda yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov qadını və azyaşlı uşağı həyatını xilas etdiyi barədə mazakirələr aparılır.
Sfera.az bildirir ki, nümunəvi hərəkət edən polis baş serjantı Ruslan Həsənov, həmin gün baş verənləri ətraflı nəql edib.
Ruslan Həsənov bildirib ki, fevralın 18-də saat 19 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Bakıya doğru hərəkət ediblər: “Əvvəla onu qeyd edim ki, bu bizim vəzifə borcumuzdur. Hadisəyə gəldikdə isə onu qeyd edim ki, biz birdən qarşıdan gələn avtomobilin idarəetməni itirərək yoldan çıxaraq kanala düşdüyünü gördük. Həmin vaxt güclü yağış yağırdı. Bu an vaxt itirmədən maşını yolun sağına çəkərək saxladıq və hadisə baş verdiyi yerə doğru yollandıq. Gördük ki, avtomobil tamamilə suya qərq olub. Tez üzərimizdəki uniformanı çıxarıb suya girdik və maşının qapısını güclə açaraq oradan qadınla azyaşlı uşağı xilas etdik. Bir az da gecə olsaydı uşaq boğulacaqdı. Biz əraziyə Təcili Tibbi Yardım maşını gəlməsini gözləmədən qadın və uşağı yol maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola saldıq. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas edə bilmədik, kəmər sıxmışdı. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də sürücünün həyatını xilas edə bilmədilər. Sonda avtokran vasitəsilə maşın kanaldan çıxarıldı”, – deyə Ruslan Həsənov qeyd edib.
Məlumat üçün qeyd edək ki, Ruslan Həsənov 13 ildir Daxili İşlər Nazirliyində çalışır. İlk olaraq Mingəçevir şəhərində Post Patrul xidmətində işə başlayan R.Həsənov hal-hazırda Baş Dövlət Yol Polisi Alayının Yol Patrul Xidməti bölüyünün 8-ci tağımında polis baş serjantı olaraq vəzifəsini icra edir. (bnews.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər