Qafqaz Universitetində “I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu” keçirilib

233

 Bu gün Qafqaz Universitetində Azərbaycan Təhsil Nazirliyi, Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Qayə” Fondu, Yunus Əmrə İnstitutu, Şəki rayon İcra Hakimiyyəti və “Dialoq Avrasiya” Platforması ilə birlikdə “I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu”nun ilk iclası keçirilib.APA-nın məlumatına görə, iclasda türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin əsərlərini və fikirlərini müzakirə etmək üçün 6 ölkənin 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı bir araya gəlib.Simpoziumda çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç tədbirin əhəmiyyəti, görkəmli sənətkarın fəaliyyəti və onun universitetlə bağlılığından söz açıb. O, B.Vahabzadə əsərlərinin əsas xəttini vətən, dil və xalqın problemləri təşkil etdiyini xatırladıb.Təhsil nazirinin müavini Qulu Novruzov çıxışında bildirib ki, şairin böyüklüyü onun əsərlərində, həmçinin bir çox dilləri mükəmməl bilməsinə baxmayaraq, öz ana dilinin əhəmiyyətini, vacibliyini həmişə əsərlərində təbliğ etməsində olub.Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun isə Bəxtiyar Vahabzadə irsinin tədqiq edilməsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, görkəmli sənətkar həyat və fəaliyyəti ilə özündən sonra çox önəmli bir miras qoyub.Tədbir çıxış və xatirələrlə davam edib, simpoziumun təşkil edilməsində dəstəyi olanlar diplomlarla təltif edilib.

Qeyd edək ki, 3 gün davam edəcək simpoziumda 5 ana başlıq altında keçiriləcək 20 iclasda B.Vahabzadənin fikir və düşüncələri müzakirə olunacaq.

Səbinə, sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər