Qarabağ ordenli, qazi Polkovnik-leytenant Ehtiram Məmmədovun anadan olmasının 45 illiyi qeyd olundu

1066

Qarabağ ordenli, qazi Polkovnik-leytenant Ehtiram Eldar oğlu Məmmədovun anadan olmasının 45 illiyi qeyd olundu.

27 iyul 2022-ci il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı Rayon təşkilatının birgə təşkilatçılığı ilə Polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlunun anadan olmasının 45 illiyi münasibəti ilə Abşeron rayonu, St. Sumqayıt ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yerləşən, Qubadlı rayon Əbülfəz Mehtiyev adına uşaq musiqi məktəbində tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı Rayon təşkilatının sədri Təhmasib Rüstəmov,Azərbaycan Yazıçılar Birliyi Qubadlı rayon regional bölməsinin sədri Namiq Məna , Sumqayıt şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə , Surxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov ,Qartal tikinti firmasının direktoru , Sumqayıt şəhər sahibkarlar birliyinin sədri Şahin Məmmədov , RİH-nin məsul işçiləri YAP Qubadlı rayon təşkilatı Aparatının məsul işçiləri , idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri eyni zamanda Ehtiram Məmmədovun döyüş yoldaşları iştirak edirdilər.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev böyük məmnunluq hissi ilə Ehtiram Məmmədovu anadan olmasının 45 illiyi münasibəti ilə öz adından və rayon ictimaiyyəti adından səmimi qəlbdən təbrik edərək vurğuladı ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, “dəmir yumruğa” çevrildi tarixi ədaləti bərpa etdi. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu.
Allahverdi Haxverdiyev çıxışının sonunda Polkovnik-leytenant Ehtiram Məmmədova RİH Başçısı Malik İsaqovun təbriklərini çatdıraraq onun adından qol saatı hədiyyə etdi .
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Polkovnik-leytenant Ehtiram Məmmədovu təbrik edərək vurğuladı ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi ölkə başçısının ətrafında birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Təhmasib Rüstəmov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ən layiqli davamcısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin, titanik fəaliyyətin nəticəsi olduğunu vurğulamışdır. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirərək Müasir Azərbaycanı inkişaf etmiş qüdrətli dövlətə çatdırmışdır.
Birinci Vitse – Prezident , Heydər Əliyev Fondunun sədri xanım Mehriban Əliyevanın rəhbərliyilə dövlətimiz Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində dəmisilsiz rəşadət göstərmişdir.Beləki,müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı , Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflasıilə nəticələndi . Bütün təzyiqlərə , təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Təhmasib Rüstəmov çıxışının sonunda bir daha Ehtiram Məmmədovu təbrik edərək , Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı adından dəyərli hədiyyə təqdim etdi .
Digər çıxış edənlər , Namiq Məna , Tərlan Hacızadə , Elmar Hüseynov Şahin Məmmədov çıxışlarında Ehtiram Məmmədovun keçdiyi nümunəvi ömür yolundan, Vətən Müharibəsində göstərdiyi şücayətindən geniş və ətraflı danışaraq ona uzun ömür can sağlığı və bundan sonrakı həyatında uğurlar arzulayaraq qeyd etdilər ki, 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Sonra Ehtiram Məmmədov ona göstərilən diqqət və qayğıya görə, eləcə də Vətən müharibəsində qazanılmış qələbədən sonra azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya həmçinin, Rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonda Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyinin təşkilatçılığı ilə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olundu və vətənpərvərlik ruhunda şeyrlər və mahnılar səsləndirildi.
Əslən Qubadlı rayonunun Tarovlu kəndindən olan Məmmədov Ehtiram Eldar oğlu 27 iyul 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1984-cü ildə Qubadlı rayon Tarovlu kənd tam orta məktəbinə daxil olmuşdur. 1991-ci ildən Sumqayıt şəhər 37 saylı tam orta məktəbdə təhsilini davam etdirmişdir. 1992-ci ildə C.Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. 1993-cü ildə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Küleli Əsgəri liseyinə daxil olmuşdur. 27 iyun 1997-ci il tarixindən Ankara şəhərində yerləşən Quru Qoşunları Hərbi məktəbində təhsilini davam etdirmişdir. 1998-ci ilin aprelində Türkiyə Respublikası Hava Qüvvələri tərkibində paraşüt kursuna daxil olmuş, həmin ilin sentyabr ayından isə kursu bitirmişdir. 2001-ci ildə Quru Qoşunları Hərbi məktəbini birinci olaraq bitirmişdir. Daha sonra Ender şəhərində Dağ Komanda kursuna başlamış, həmin kursu üçüncü olaraq bitirmişdir. 2001-ci ildə İstanbul şəhərində yerləşən Piyada Hərbi liseyinə daxil olmuş, 19 iyul 2002-ci il tarixində həmin məktəbi ikinci olaraq bitirmişdir. Daha sonra vətənə qayıdıb müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikası silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatları zaman Ehtiram Məmmədov N saylı Hərbi Hissənin komandir müavini olaraq Alxanlı-Füzuli istiqamətlərində döyüşlərə başlamışdır. Döyüşlərin başlanması zamanı başından qəlpə yarası almış, elə həmin yerdə ona tibbi yardım göstərilərək döyüşə davam etmişdir. Füzuli rayonunun Mahmudlu kəndinə qədər torpaqların azad edilməsində iştirak etmişdir. Füzuli şəhəri işğaldan azad olunandan sonra Ehtiram Məmmədov 2 (iki) taborla Füzuli rayonunun işğalda olan digər kəndlərini düşməndən azad etmək uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra 04 noyabr 2020-ci il tarixində Şuşa uğrunda Daşaltı-Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Daşaltı kəndi düşməndən azad edilən zaman düşmən snayperinə tuş gələrək yaralanıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Polkovnik – leytenant Ehtiram Məmmədovu bir daha doğum günü münasibəti ilə təbrik edir , Müstəqil Azərbaycanın birliyi naminə göstərdiyi xidmətlərində uğurlar arzulayırıq .

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər