“Qarabağ” – “Sevilya” matçına biletlərin qiyməti məlum oldu – SEKTORLAR ÜZRƏ

389

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək “Qarabağ” – “Sevilya” matçına maraq böyükdür.

BAKU.WS Ağdam klubunun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, biletlərin satışa çıxarıldığı ilk gündəcə 10 min bilet satılıb. Bu isə tez bir zamanda bütün biletlərin satılacağını deməyə əsas verir.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər