Qəbul imtahanında Sumqayıt üzrə birinci oldu – Foto

551

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Ziya Məlikov buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb.

Bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi paylaşım edib.

Qeyd olunub ki, bu Sumqayıt üzrə ən yaxşı nəticə hesab olunur.

“Gimnaziyanı qızıl medalla bitirib. 10 və 11-ci siniflərdə Riyaziyyat üzrə Respublika fənn olimpiadasının qalibi olub. Bu halda o, imtahansız qəbul ola bilərdi. Amma arzusu Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq və Prezident təqaüdünə layiq görülmək olduğu üçün qəbul imtahanlarında da iştirak edib. Buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb”, – paylaşımda deyilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər