Qəflətən dünyasını dəyişən mama-ginekoloq Səbinə Mirzəyeva kimdir? (FOTO)

6736

Az öncə xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış cərrah, mama-ginekoloq Səbinə Mirzəyeva bu gün dünyasını dəyişib. Onun qəfildən təzyiqi qalxıb və beyninə qan sızıb.

ginekoloq haqda məlumatı təqdim edirik:

Əmək stajı – 14 il
Təhsil – 2001-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Tibb Universitetini bitirib.
İştirak etdiyi kurslar – 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib.
– Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştrakçısıdır.
Çalışdığı tibb müəssisələrinin adı – 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah-onkoginekoloq, 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cerrah mama-ginekoloq kimi fəaliyyət göstərib.
Hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışır.
İxtisaslaşdığı tibbi sahə – Ağrısız doğuş, Qeysəriyyə kəsiyi, histeroskopik, laparoskopik, ginekoloji estetik və uroginekoloji əməliyyatlar üzrə peşəkar həkim Səbinə Mirzəyeva sizə qüsursuz tibbi xidmət təklif edir.
Mükəmməl tibbi servis və ən son tibbi avadanlıqlarla problemlərin aradan qaldırılmasına zəmanət verir.
Həmçinin ginekoloji əməliyyatlardan sonra yaranmış fesadların və sidik qaçırma kimi çətin problemin müalicəsində də həkim Səbinə Mirzəyevaya etibar edə bilərsiniz.
 Diplom və sertifikatları:
  1. “Ulusal Üreme Endokrinolojisi ve infertilısı Kongresi” 16-19 oktyabr 2008-ci il. Antalya, Türküyyə.
  2. “Effects Of ART and Endometriosis On Pregrancy Outcome” 27-28 fevral 2017-ci il. Sofiya Balgariya.
  3. “22rd Congress of The World Assocoation for Sexual Health”
  4. “32rd Annual Meeting of ESMRE” 2-5 iyul 2016-cı il.
  5. “10th Conress of the Evropean Society of Gynecolgy” 18-21 sentyabr. Brusel.
  6. “The World Congress on BCGİP” 30 may – 2 iyun 2013-cü il. İstanbul.
  7. “25th European Congress of Obstetrics and Gynecology” in conjunction with 15th Congress of Turkish Society of Obstetrics and Gynecology 17-21 may 2017-ci il. Antalya, Turkiyyə

Rəşad Əliyev
BAKU.WS

BAKU.WS komandası adından mərhum cərrah, mama-ginekoloq Səbinə Mirzəyevanın ailəsinə və yaxınlarına dərin hüzünlə baş sağlığı veririk !






www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər