Qələbəsini Sumqayıtın 70 illiyinə həsr etdi! – VİDEO

1827

Gəncədə “Kids Fashion 2019” layihəsinin yekun tədbiri baş tutub. Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə 65 model 15 modelyer dizaynerin geyim kolleksiyası və tanınmış dünya brendlərinin yeni payız-qış kolleksiyasını nümayiş etdirib. Layihənin adından da bəlli olduğu kimi, podiuma çıxanlar uşaqlar olublar.

Yarışda kastinqlərə qatılan 1200 model arasından seçilən 65 nəfər iştirak edib. Modellər 4-6, 7-9 və 10-14 yaş aralıqlarında olmaqla, 3 kateqoriya üzrə mübarizə aparıblar.

İştirak edənlərin 40 nəfərini qız, 25-ni isə oğlanlar təşkil edib. Tədbirdə Azərbaycanın məhşur simaları, modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər, Əməkdar- İncəsənət xadimi Modelyer-Dizayner Fəxriyyə Xələfova da iştirak edib. O bu yarışmada da ənənəvi olaraq, münsiflər heyətində sədr olub.

Podiumda şou göstərən balacalar arasında qalibləri seçmək üçün 10 ballıq sistemlə səsvermə keçirilib. Hər yaş kateqoriyasından 3 model 1-ciliyə layiq görülüb.

Gəncədə keçirilən yarışmada Sumqayıtı təmsil edən 6 yaşlı sumqayıtlı İsazadə Aişə Zaur qızı mükafata layiq görülüb.

Aişə İsazadə “Sumqayıt 70” mövzusu ilə podiumlarda və televiziya çıxışlarında mükəmməl performansı ilə münsiflərin diqqətini cəlb edib. Bir ay öncə ARB kanalında çıxışı zamanı onu “Sumqayıt 70″in siması adlandırılmışdı. Yerli vəTürkyənin “TV 8” kanalında çıxışında belə balaca modelimiz Sumqayıt 70 embilemi ilə çıxış edib.

Noyabr ayında Sumqayıtın 70 illik yubileyinin keçiriləcəyi xüsusi ilə qeyd edilib və bu zalda iştirak edən şəxslərin alqışları ilə müşahidə olunub.

Həmin tədbiri çıxışlarında geniş işıqlandırdığına görə Sumqayıt şəhər 13 saylı uşaq bağçasında tərbiyə alan İsazadə Aişə respublika üzrə ilin nə yaşı kubokunu alan 12 iştirakçısından biri olub.

Biz də kiçik yaşlarında belə böyük səhnələrdə şəhərimizi layiqincə təmsil etdiyinə və 1200 nəfərlik zalda Sumqayıtın şərəfinə alqış sədalarını yüksəldiyinə görə Aişə İsazadəni ürəkdən təbrik edir və uğurların bol olsun söyləyirik.

Günel Əliyeva, sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər