Qəşəm Nəcəfzadə ilə Sumqayıtda görüş olacaq

807

Şair Qəşəm Nəcəfzadə ilə Sumqayıt şəhərində görüş olacaq.

111Tədbir “Əli Kərim” Poeziya Klubunun və Səməd Vurğun adına Mərkəzi Şəhər kitabxanasının təşəbbüsü ilə həyata keçirilir. Bu barədə Kultaz.Com-a Poeziya Klubunun rəhbəri şair İbrahim İlyaslı məlumat verib.

“Sumqayıt poeziyasevərləri, kitabxana işçiləri və Sumqayıt Dövlət Unversitetinin Filologiya fakültəsinin tələbələri xeyli müddətdir ki, bu görüşə hazırlaşırlar. Şairin kitabxanada ölkəmizdə və xariçdə çap olunmuş kitablardan stend təşkil olunacaq, internet saytından kadrlar nümayış etdiriləcək.
Görüşün əsas ideyası müasir ədəbi prosesin hazırkı durumu barədə oxucuları tanış eləmək, həm də onların fikrini öyrənmək məqsədi daşıyır. Bu gün oxucuların şairlərlə canlı ünsüyyətə ehtiyac var və bu tədbir də həmin ehtiyacdan yaranan düyğunun nəticəsidir” – deyə o, bildirib.

Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandıracaq və yeni şeirlərini oxuyacaq.

Xatırladırıq ki, görüşdə ədəbiyyatımızda xüsusi yeri olan Sumqayıt ədəbi mühitinin nümayəndələri də iştirak edəcək.

Görüş Aprelin 9-da saat 15.00-da Səməd Vurğun adına Mərkəzi Şəhər kitabxanasında keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər