“Qızım itən vaxt İlkinlə 3-4 dəfə rastlaşmışıq, soruşurdu ki…” – Nərminin atası – Video

3509

“Qızım itən vaxt İlkinlə 3-4 dəfə rastlaşmışıq, soruşurdu ki…” – Nərminin atası – Video
Kriminal41215 Yan 2020 21:15
“Qızım itən vaxt İlkinlə 3-4 dəfə rastlaşmışıq, soruşurdu ki…” – Nərminin atası – Video
“Tovuzun Dondar Quşçu kəndindən qayıdıram. Həm Nərmingilin ailəsində oldum, həm də həbs edilən İlkin Süleymanovun bacısıyla görüşüb söhbət etdim”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Azadlıq” radiosunun reportyoru Ramin Deko Tovuzda baş vermiş məlum faciə ilə bağlı qeydində yazıb.

O, hər iki ailənin müəyyən basqı altında olduğunu vurğulayıb:

“Öncə onu deyim ki, hər iki ailə təzyiq altındadır. Nərminin valideynləri açıqlama vermək istəmirdilər. Öncə mənə “bizə deyiblər, danışmayın, iş gedir”, – dedilər, amma durumu izah etdim, razı sala bildim. Atası Şərif Quliyev İlkinlə bir sinifdə oxuyub. İndiyə qədər onunla problemi olmadığını dedi. Onu da bildirdi ki, olay olana qədər İlkin haqqında pis heç nə eşitməyiblər. Nərminin ailəsinin bir tək istəyi var: qətli törədən layiqli cəza alsın. Hüquq-mühafizə orqanlarına inandıqlarını bildirdilər. İş prezident tərəfindən nəzarətə götürüldüyü üçün polis kimsəni yalandan həbs etməz deyə, hadisəni İlkinin törətdiyinə əmindirlər.

İlkinin bacısı İlhamə Süleymanova ittihamları rədd edir, qardaşının günahı olmadığını söyləyir. Deyir ki, bir insanı soyuq otaqda 40 gündən ac saxlamaq mümkün deyil. Üstəlik, dəfələrlə o otaqda olublar, məhsul götürüb bazara satmağa aparıblar və orada kimsəni görməyiblər”.

İlhamə xanım deyir, qardaşı Nərmin itkin düşən gün bacısıgilə gedib:

“Adam oğurlayan bir uşağı otaqda qoyub harasa gedər? Mən üç aydı İlkinlə bir otaqda qalıram, onun heç bir şübhəli addımı olmayıb. Bu 40 gün içində biz niyə bir dəfə şübhələnmədik? Dəfələrlə yuxarıdakı evə qalxmışıq, qapılar da qıfıllı deyil. Necə oldu adamı görmədik?”

İlkingilin evinin qarşısında polis postu var. Gəlib-gedənlərə nəzarət edirlər. Ailə qorxu içindədir və təhdid olunduqlarını deyirlər.

Məsələ çox böyükdür”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər