Qubadlı idmançıları yüksək nəticə göstərib

216

Qubadlı idmançıları yüksək  nəticələr göstərmişdir

Qubadlı idmançıları beynəlxalq  yarışlarda yüksək nəticələr göstərərək  2  medal qazanıblar. Belə ki, Belarus Respublikasında keçirilən “Minsk-2019” II Avropa Oyunlarında Qubadlı rayonunun idmançısı, Yunan-roma güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu, “Bakı-2017” İslam həmrəyliyi oyunlarının qalibi  İslam Abbasov 87 kq çəki dərəcəsində II  yeri tutaraq gümüş medal qazanıb.

Qubadlı rayon Uşaq-gənclər İdman Şahmat məktəbinin yetirməsi, Yunan-roma güləşi üzrə dəfələrlə Azərbaycan birinciliyinin qalibi Təvəkkül Həziyev  isə  27-30 İyun 2019-cu il tarixində Polşanın Krakov şəhərində keçirilən yeniyetmələr arasında Yunan-roma güləşi üzrə Avropa çempionatının qalibi olaraq fəxri kürsünün  ən yüksək pilləsinə yüksələrək qızıl medal qazanmışdır.

Qeyd edək  ki, hər iki idmançının məşqçisi Qubadlı rayon Uşaq-gənclər İdman Şahmat məktəbinin məşqçi-müəllimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi Bahadur Həziyevdir

İslam Abbasov


 Təvəkkül Həziyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər