Qüdrət Muğanlı - 80 - "Aman ayrılıq" kitabının təqdimatı oldu - FOTOLAR

536

İyulun 24-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə jurnalist, şair Qüdrət Muğanlının (Məlikovun) yenicə çapdan çıxmış “Aman ayrılıq” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində şəhərin tanınmış ziyalıları,qələm dostları Qüdrət müəllimin şəxsiyyəti və yaradıcilığı haqqında danışaraq, onunla bağlı xatirələrindən danışıblar.

Sonda məzari ziyarət olunub, xatirəsi böyük hörmət və ehtiramla yad edilib.

Qeyd edək ki, Qüdrət Məlikov 23 iyul 1941 –ci ildə Sabirabad şəhərində anadan olub. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və “Jurnalist Sənətkarlığı” İnstitutunu bitirib. Ali siyasi təhsil alıb. 1969-cu ildən Sumqayıt şəhərində yaşayıb və “Sumqayıt” qəzeti redaksiyasında çalışıb. Qəzetin baş redaktoru olub.

Azərbaycanda ilk mətbuat orqanı olan “Əkinçi” qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir.

Şeirləri respublikanın dövri mətbuatında, “Sumqayıt — 50”, “Bu yurdun aşılmaz dağları qala”, “Sevgi məktubları”, “Bizdən sizə qalan sözdür”, “Bu da bir ömürdü”, “Həzin nəğmələrdə yaşayan şəhər” almanax və toplularında çap olunmuşdur. “Unuda bilməzsən məni”, “Səni ürəyimdə yaşadacağam” və başqa kitabların müəllifidir.

Qüdrət Muğanlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. “Həsən bəy Zərdabi” mükafatı və “Qızıl qələm” media mükafatı laureatıdır. “Zərdabi” diplomu ilə təltif olunub.

1991-ci ildə SSRİ Jurnalistlərinin VII qurultayının nümayəndəsi olub.

21 iyul 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qüdrət Muğanlı 26 oktyabr 2020-ci ildə 79 yaşında vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər