Qurban bayramı-birlik, həmrəylik günü!

1003

DSC01760Bu gün islam aləmində, dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlar üçün çox müqəddəs bir gündür. Bu müqəddəs gündə insanlar bir-birilə daha yaxın olur və dostluq, mərhəmət, birgə olmaq, sevincləri paylaşmaq, yaşlı insanları ziyarət etmək, küsülülüəri barışdırmaq, kimsəsizləri yad etmək bayramın əsas şərtlərindən hesab olunur.
Yaşadığımız dünyanın hər şeydən öncə sülhə, həmrəyliyə ehtiyacı var. Elə ölkəmizin də həmrəyliyə, insanlar arasında xoş münasibətlərə, bir-birinə ürəkdən bağlılığa və milli birliyə ehtiyacı var. Necə ki, insanlar bu müqəddəs gündə daha mehriban və diqqətli olurlar!
Bizi yaşadığımız ağır çətinliklərdən çıxaran, torpaqlarımızın işğaldan azad edə biləcək yeganə vasitə milli birlikdir.
Qurban bayramı səmimi münasibətləri, həmrəylik ruhunu yaşadan və yeniləyən bir gündür.
Xalqımızın birliyə, həmrəyliyə, dostluğa, diqqətə ehtiyacı var. Ümid edək ki, Müqəddəs Qurban Bayramında olduğu kimi, xalqımız daima həmrəy olacaq və qarşılaşdığımız hər bir çətinlikləri birləşərək aradan qaldıracaq və bütün maneələri aşacağıq.
Bunun üçün isə, yalnız bayram günləri deyil, hər zaman ətrafımızdakı insanlara qarşı diqqətli olmalı və sağlam həyat tərzində yaşamalıyıq.
Möhtaclı insanları, yaşlıları unutmamalıyıq.
Sevgi, mərhəmət, qayğı kimi gözəl hisləri qəlbimizdə daim yaşatmalıyıq.
Millətimizin xoş gələcəyi, firəvan həyatı hər birimizin xoşbəxtliyindən, həyatından asılıdır. Əgər hər bir insan öz ətrafındakı insanların xoşbəxtliyi, firəvan həyat tərzi sürməsi üçün çalışarsa, o zaman xalqımız da xoşbəxt və firəvan həyat sürər.
Bir daha, xalqımızı Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirəm!

DIGƏR YAZILAR

Diqqətdən kənar media-internet media

KÖNÜLLÜLÜK NƏDIR?

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • rafiq
    Noyabr 28, 2009 - 17:11

    cox gozel.mende bu tebriklere qosuluram.Qurban bayraminiz mubarek

  • seva
    Dekabr 5, 2009 - 11:12

    salam Eyvaz muellim, qoy uğur həmişə sizi izləsin. islerinizde uğurlar arzulayiram.inşallah bu belə olar bu danılmazdır.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər