Qusar sakini 27 yaşlı arvadını ağacla döyüb öldürdü

2584

Sentyabrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qusar rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər