Rafael Ağayev: Altıncı dəfə dünya çempionu olmaq istəyirəm – FOTO/VİDEO

1468

5-11 noyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə karate üzrə XXIV dünya çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, karatedə ilin ən mötəbər turnirinə hazırlaşmaq məqsədilə milli komandamız dörd gündür Şamaxıda təlim-məşq toplanışındadır.

Toplanışa 15 idmançı cəlb olunub. Şamaxı Olimpiya İdman Kompleksində keçirilən hazırlıqlarda Firdovsi Fərzəliyev (60 kq), Tural AğalarzadəRafiz Həsənov (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Turqut HəsənovPənah Abdullayev (hər ikisi 84 kq), Şahin AtamovAsiman QurbanlıMurad Hacızadə (hər üçü +84 kq), Roman Heydərov (kata), Sahib Əhədov (para-karate), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edir.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, beşqat dünya çempionumuz Rafael Ağayev və kişi millimizin baş məşqçisi Şahin Xudaverdiyev Baku TV-nin mikrofonuna hazırlıqlar və qarşıdakı dünya çempionatı ilə bağlı danışıb.

Bəşirov və Xudaverdiyev bu yarışın önəmindən söz açıb, yaxşı nəticələrin 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verdiyini vurğulayıb. Ağayev isə bu dünya çempionatının onun üçün böyük önəminin olduğunu və altıncı dəfə dünya çempionu olmaq istədiyini bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər