Rafael Ağayev Avropa çempionatının finalında – FOTO

414

İspaniyanın Qvadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb.

Oxu.Az xəbər verir ki, qitə çempionatının fərdi və komanda yarışlarında 19 idmançımız iştirak edir.

Turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib. İdmançılarımızdan yalnız Rafael Ağayev (-75 kq) finala çıxa bilib. O, Yusuf Sulyiç (Bosniya və Herseqovina) 3:0, Bekim Başa (Albaniya) 3:1, Elhami Şabani (Kosovo) 3:0 və Stanislav Qorunanı (Ukrayna) 5:1 məğlub edib finalda mübarizə aparmaq hüququ əldə edib.

Döyüşlərdən birində sağ gözündən zədə alan Rafael Ağayev 12-ci dəfə Avropa çempionu olmaq üçün bu turnirdə əsas rəqibi olan, üçqat dünya və yeddiqat qitə birinciliyinin qalibi Luici Buza (İtaliya) ilə final görüşünə çıxacaq. O, finala çıxmaqla Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakını tam rəsmiləşdirib.

Bundan başqa, Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (-50 kq) və katada Roman Heydərov bürünc medal üçün mübarizə aparacaq. Asiman Rizvan Talıbovla (Ukrayna), Nuranə Yelena Milivoytseviçlə (Serbiya) və Roman İlya Smorqunerlə (Almaniya) qarşılaşacaq.

Bütün bu həlledici görüşlər martın 30-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionumuz, Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qalibi İrina Zaretskaya (-68 kq) isə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb. O, dünya çempionu Aliza Buxinqerə 4:5 hesabı ilə uduzub.
Mükafat görüşlərinə vəsiqə qazanan idmançılar 30 martda yenidən tatamiyə, həlledici qarşılaşmaya çıxacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər