Rafael Ağayev finalda: rəqibi yapon idmançıdır – FOTO

1871

Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqa yarışında öz çəkisində dünyanın bir nömrəli idmançısı olan Rafael Ağayev finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində Olimpiya çempionluğuna namizədimiz bütün rəqiblərinə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

O, finalda karatenin vətəni Yaponiyanı təmsil edən Yusey Sakiyama ilə üz-üzə gələcək.

Bundan başqa, Firdovsi Fərzəliyev (60 kq) bürünc medal görüşü uğrunda qazaxıstanlı Qeysər Alpisbayla qarşılaşacaq. Final və bürünc medal görüşləri sabah baş tutacaq.

Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü +84 kq), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretskaya (68 kq) bu gün yarışa qatılacaq.

Qeyd edək ki, Azərbaycandan 15 karateçinin qatıldığı bu yarış Tokio-2020-yə ilk lisenziya xalları verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər