Rafael Ağayev italiyalı dünya çempionu ilə birgə dərs keçəcək – FOTO

130

Karate üzrə dünya çempionları Rafael Ağayev və italiyalı Luici Buza mayın 3-də birgə onlayn dərs keçəcək.

Oxu.Az-ın xəbərinə görə, beşqat dünya və 11 qat Avropa çempionumuz R.Ağayev L.Buza ilə idmansız günlərini “Instagram” hesabında hiss etdirməməyə çalışacaq.

İkiqat dünya və beşqat Avropa çempionu Luici Buza bu barədə belə deyib:

“Koronavirus pandemiyası ilə əlaqədar biz birgə nəsə etmək qərarına gəldik. Bütün karate cəmiyyətinə, İtaliya və Azərbaycandakı bütün docolara (karate məktəbləri) və karateçilərə dəstəyimizi nümayiş etdirmək üçün bunu həyata keçirəcəyik – biz öz “Instagram” profillərimizdə onlayn dərslər keçəcəyik.

Bu dərslər tamamilə pulsuz olacaq. Biz bununla hər kəsin bu çətin dövrdə motivasiyasının və arzularının ölməməsinə çalışırıq. Mayın 3-ü, bazar günü tatamidə eyni vaxtda birgə çıxış edəcəyimizi gözləyin. İtaliya vaxtı ilə saat 15:00-da, Azərbaycan vaxtı ilə saat 17:00-da dərsimiz başlayacaq… Gözləyə bilmirik”.

Qeyd edək ki, hər iki idmançı 75 kq çəki dərəcəsində çıxış edir və bir-birinin rəqibidir. R.Ağayev və L.Buza Tokio Olimpiadasına reytinqlə lisenziyanı vaxtından əvvəl təmin ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər