Rafael Ağayev Premyer Liqada bürünc medal qazanıb

1223

Karate üzrə Azərbaycan milli komandası Mərakeşin paytaxtı Rabatda keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub.

ONA-nın məlumatına görə, karateçilərimiz Karate1 Premyer Liqa turnirindən bir medal qazanıblar.

Yığmamızın yeganə mükafatı Rafael Ağayevin hesabındadır. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə fransalı Loqan da Kosta ilə qarşılaşıb. 2:0 hesablı qələbə qazanan karateçimiz bürünc medala yiyələnib.
Millinin digər üzvləri – Turqut Həsənov və Pənah Allahverdiyev (hər ikisi 84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

Qeyd edək ki, aprelin 19-21-də keçirilən Karate1 seriyalı turnirdə 8 ölkədən 661 idmançı mübarizə aparıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər