Rəşad Atakişiyevin nəşi tapıldı – Yenilənib

362

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Müdafiə Nazirliyi də polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqlarının tapılaraq dənizdən çıxarılması haqda rəsmi məlumat yayıb.

Qeyd edilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər