“Rəşad, oğlun səni görməyə gəlib…” – Fotolar

1187

Bu gün Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin dənizə düşməsi nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir. 

“Qafqazinfo” xəbər verir ki, hüzr mərasimindən əvvəl pilotun ailəsi onun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

Ziyarətçilər arasında onun hərbçi dostları da var.

***

Pilotun anası məzarı başında oğluna ağı deyib. O oğlunun ölümünü qəbul edə bilmədiyini bildirib: “Oğlum mənə can, nəfəs verirdi. Gözlərimdən yaş yox, qan axır. Məni heç hara aparmayın. Qoyun balamla vidalaşım. Ölənə qədər sənə ağlayacam. Rəşad, oğlun səni görməyə gəlib, deyir atam ölməyib…”

Günel Türksoy

Fotolar: Pərvin Zeynal





Rəşadın adı yeni doğulan qardaşı oğluna verildi

Rəşad Atakişiyevin xanımından ÜRƏKDAĞLAYAN SÖZLƏR: Ölümündən 2 saat qabaq mənə dedi ki… – REPORTAJ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər