Rəsulzadə və silahdaşlarının nadir görüntüləri – VİDEO

611

nternet məkanında Qafqaz cümhuriyyətlərinin 1918-cu ilin 20 mart tarixində keçirilmiş ilk müştərək konfransının videosu yayılıb.

Modern.az-ın məlumatına görə, video barədə xəbəri ictimailəşdirən araşdırmaçı Yusif İsmayıl bildirib ki, bu konfrans haqqında ona ilkin məlumatı gürcüstanlı İrakli İakobashvili verib.

“Düz iki il bundan əvvəl hələ təzə-təzə Cənubi Qafqaz cümhuriyyətlətinin ən mürəkkəb dövrü haqqında maraqlanmağa başlayanda, ilk araşdırdığım mövzu Qafqaz cümhuriyyətlərinin ilk müştərək konfransı (aprel, 1919) idi. Bu konfrans haqqında mənə ilkin məlumatı İrakli İakobashvili vermiş, bu konfrans əvvəl baş tutmuş Batum və Trabzon konfransları haqqında tərtibatçısı olduğu «Трапезундская и Батумская Мирные конференции: Февраль-май 1918 г.» kitabını mənə hədiyyə etmişdi. Danışığımız sırasında həmin konfransların lentə alınmış görüntülərin Ankarada ola biləcəyini demişdi. Nəhayət  qarşıma Fırat Gökdemir tərəfinfən bərpa edilmiş və pis rənglənmiş Trabzon konfransının 4-cü iclasını (20 mart 1918) əks etdirən videokadrlar çıxdı”,-deyə Y.İsmayıl bildirib.

Videogörüntüdə 1918-ci il 20 mart tarixində Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətləri əks olunub. Bu konfran Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib.

Konfransda iştirak etmiş Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əhməd Pepinov və Azərbaycanın digər görkəmli siyasətçilərinin görüntülərini əks etdirən rənglənmiş tarixi video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər