Riad Rəfiyev: “Hər iki cəbhədə maksimum nəticə qazanmağa çalışacağıq”

719

“Nəzərə almaq lazımdır ki, bizim yeni baş məşqçimiz var”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın prezidenti Riad Rəfiyev komandanın cari mövsümdəki hədəfləri barədə “CBC Sport”a açıqlamasında deyib.

Funksioner bildirib ki, belaruslu mütəxəssis Aleksey Baqa turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan komandanı qəbul edib: “Bu gün ən yuxarı yerlər uğrunda oynadığımızı desəm, düzgün olmaz. Amma mövsümü yüksək pillələrdə bitirmək üçün mümkün olan hər şeyi edəcəyik. Kubokda da şansımız var. Orada da maksimum nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt” Aleksey Baqa ilə 2,5 illik müqavilə imzalayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər