Riyaziyyatçı repititorların istinad etdiyi sumqayıtlı “Namazov” kimdir? – VİDEO

1525

Azərbaycanda repititorlar 5-dən 9-cu sinifə qədər riyaziyyatdan hazırlaşan şagirdlərə “Namazovun kitabını” almağı tapşırır, hətta məktəblərdə də dərsliklə yanaşı çalışma kitabı kimi ondan istifadə olunur.

“Namazovun kitablarındakı tapşırıqlar çətin və düşündürücüdür, uşaq daim duşundükcə beyni fəallaşır”, Bakıda hazırlıq kurslarının birində dərs deyən riyaziyyat müəllimi Rufana Babayeva BBC Azərbaycancaya deyir.

O əlavə edir ki, Namazovun kitablarında təkcə dərslikdəki mövzu əhatə edilmir, həm də əlavə tapşırıqlar verilir.

Sadəcə, “Namazov” kimi tanınan riyaziyyatçı Mübariz Namazov Bakının Texniki-Humanitar Liseyində dərs deyir.

1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. O, dərslik yazmaq təklifindən hər dəfə imtina edib:

“Dərslik üçün çox tələblər qoyulur. Çalışma belədir ki, yazırsan, birinin xoşuna gələcək, birinin gəlməyəcək. Sovet dövründəki kimi əlavə çalıışmalar vardı, mən də bu yolu davam elətdirirəm”.

BBC Azərbaycancaya müsahibəsində Mübariz Namazov 10-cu sinif üçün də başladığı qiymətləndirmə kitabını bitirəndən sonra daha vəsait yazmayacağını, yorulduğunu deyir.

Bu linkdən videonu izləyin:

http://www.bbc.com/azeri/azerbaijan-41486716

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər