“Romantik”dən oğurluğa cəhd edən sumqayitlı qadın tutuldu

1109
Sumqayıt şəhərində mağazadan oğurluq edən qadın tutulub.
Bu barədə Sumqayitxeber.com-a  Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində Ruslan Xarebova məxsus “Romantik” mağazasından geyim əşyasını oğurlamağa cəhd göstərilib. Lakin mağazanın mühafizəçiləri tərəfindən oğurluğun qarşısı alınıb.
Mağazanın mühafizəçiləri geyim əşyalarını oğurlamağa cəhd edən Sumqayıt şəhər sakini Günel Qafarovanı saxlayıblar və işin araşdırılması üçün qadın polis bölməsinə təhvil verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər