Rövnəq Abdullayev Sumqayıta niyə gəldi? -FOTO

1644
SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavoduna gələrək aparılan əsaslı təmir və həyata keçirilən modernizasiya işlərinin gedişi ilə tanış olub.
 Məlumat verilib ki, zavodda avqustun 10-dan əsaslı təmir işlərinə başlanılıb və təmir 20 sentyabr Nefitçilərin peçə bayramı günü ərəfəsində yekunlaşdırılacaqdır. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq işlərin təsnifatı SOCAR prezidentinə təqdim olunub. Həmçinin məlumat verilib ki, “Etilen-polietilen” zavodunda “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən icrasına start verilib və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artacaq, SOCAR-Polimer layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaqdır. Kimyaçılarla görüşüb-söhbət edən R.Abdullayev onlara işlərində uğurlar arzulayıb. Sonra Rövnəq Abdullayev SOCAR-ın balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər